media-1200x100-50faiz

Avropa Liqası: “Qarabağ” – “Lion” oyununun hakimləri açıqlanıb

media-ads_728_90

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransanın “Lion” komandası arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Nikola Boroviç və Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR hakimi Momçilo Markoviç, onun köməkçisi isə Novak Simoviç olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

media-ads_728_90
Paylaş