Avtomobil su kanalına düşdü - Sürücü öldü
Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb.
“TV1” xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb.
Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun cansız bədənini çıxarsalar da, avtomobil suda qalıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.