media-1200x100-50faiz

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə dövlət büdcəsindən ayrılan VƏSAİT

media-ads_728_90

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb”.

“TV1” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir:

“Azad olunmuş ərazilərə bu günədək 2417 ailə – 9306 nəfər köçürülüb”.

media-ads_728_90
Paylaş