AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradıldı
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
“TV1” xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilib ki, sərnişinlərin ailə üzvləri (+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.