media-1200x100

AZAL təyyarənin qəza enişi etməsi ilə bağlı yeni məlumatları AÇIQLADI - VİDEO 

media-ads_728_90

AZAL Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəza enişi etməsi ilə bağlı yeni məlumatları açıqlayıb.

“TV1” xəbər verir ki, Aviaşirkətdən bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin olub.

İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 nəfər Rusiya vətəndaşı, 6 nəfər Qazaxıstan vətəndaşı, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

media-ads_728_90
Paylaş