Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

media-ads_728_90

Azərbaycanın atıcılıq millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında növbəti uğura imza atıblar.

“TV1”  xəbər verir ki, təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında yüksək nəticə göstərərək final mərhələsinə yüksəliblər.

Final qarşılaşmasında inamlı və peşəkar çıxış edən idmançılar Avropa çempionatının gümüş medalını qazanıblar.

media-ads_728_90
Paylaş