Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

media-ads_728_90

Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

’’TV1’’ xəbər verir ki,bu barədə Azərbaycan  Boks Federasiyası məlumat yayıb.

Bildirilib  ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi 3 medal qazanıb.

Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram) gümüş, Zidan Hünbətovla (55 kiloqram) Əli Abdullayev (65 kiloqram) bürünc mükafata yiyələniblər.

media-ads_728_90
Paylaş