Cüdoçumuz Avropa çempionatının YARIMFİNALINDA
Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
“TV1” xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda ukraynalı Dilşot Kalmatovla qarşılaşıb.
Rəqibini ipponla üstələyən cüdoçu növbəti raunda adlayıb.
O, bu mərhələdə moldovalı Radu İzvoreanu ilə qarşılaşacaq.
1/4 finalda uduzan Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayır.








