media-1200x100

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

media-ads_728_90

Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Avropa çempionu olub.

“TV1” xəbər verir ki, xanım idmançımız Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında qitə birinciliyində qızıl medal əldə edib.

K.Əliyeva 1/8 finaldan türkiyəli Bequmnaz Doğruyoldan üstün olub. 1/4 finalda rumıniyalı Laura Boqdanı da məğlub edən Könül yarımfinala yüksəlib. O, burda fransalı Morqan Annisdən də güclü olub. K.Əliyeva qızıl medal uğrunda görüşdə Zilan Ertemə (Türkiyə) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

media-ads_728_90
Paylaş