Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub - YENİLƏNİB

media-ads_728_90

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı həyata keçirilib.

“TV1” xəbər verir ki, bu gün Ermənistana 15 vaqon olmaqla, ümumilikdə 887 ton dizel yanacağı göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana (sonuncu tədarük də daxil olmaqla) 6312 ton dizel yanacağı ixrac edilib.

Bununla yanaşı, 979 ton Aİ-92 markalı, 2955 ton isə Aİ-95 markalı benzin də Ermənistana göndərilib.

xxxx

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir.

“TV1” xəbər verir ki, Azərbaycandan Ermənistana bu gün 15 vaqon (887 ton) dizel yanacağı yola salınır.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

media-ads_728_90
Paylaş