Azərbaycan Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazırdır - RƏSMİ BAKI

media-ads_728_90

“Azərbaycan Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazırdır”.

“TV1” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib.

Sessiya zamanı Qəzza bölgəsində sürən hərbi gərginlik və humanitar böhranın narahatlıq mənbəyi olaraq qaldığı və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.

Yalçın Rəfiyevin çıxışında Qəzza bölgəsində atəşkəsin əldə olunmasının və humanitar yardımın bölgəyə çatdırılmasına şəraitin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə göstərdiyi yardımlarının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

 

media-ads_728_90
Paylaş