Azərbaycan güləşçisi Əli Cavadlı dünya çempionatında gümüş medal qazanıb

media-ads_728_90

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

“TV1” xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı finalda ABŞ-lı Raylen Vaksa uduzub.

O, fəxri kürsünün ikinci pilləsini qazanaraq gümüş medala sahib olub.

Daha əvvəl təmsilçilərimizdən İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.

Günün ilk yarısında mübarizəyə qoşulan Azərbaycanın dörd qız güləşçisi ilk görüşlərində, Zöhrab Səfərov (92 kiloqram) isə təsəlliverici qarşılaşmada uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir. Ötən gün yunan-Roma güləşçilərindən İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) bürünc medal qazanıblar.

media-ads_728_90
Paylaş