Azərbaycan millisi növbəti oyununa çıxır
Futbol üzrə Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turnirində ikinci oyununa çıxacaq.
“TV1” xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşacaq.
Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Oyun saat 19:00-da başlayacaq.
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.
FIFA Series-2026
30 mart 19:00
Azərbaycan – Syerra Leone
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.








