Azərbaycan paralimpiyaçısı reytinq turnirində qızıl medal qazanıb

media-ads_728_90

Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.

“TV1” xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan idmançı Portuqaliya təmsilçisi Monika Koşta və Yeni Zelandiyadan olan Xloi Stört üzərində qələbə qazanıb.

Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

media-ads_728_90
Paylaş