Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır

media-ads_728_90

Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır.

“TV1” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb.

A.Simonyan qeyd edib ki, konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır:

“Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır”.

media-ads_728_90
Paylaş