Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

media-ads_728_90

“İpək Yolu – Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı Saziş layihəsi bu ilin dekbarın 1-dək imzalana bilər.

“TV1” xəbər verir ki, Trend-in məlumatına görə, saziş layihəsi ilə bağlı işlər Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

Qeyd edək ki, 5 aprel 2022-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş təsdiq edilib.

Sənəddə bildirilib ki, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpək Yolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşman mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

media-ads_728_90
Paylaş