Azərbaycan XİN 5 ölkəni milli günləri münasibətilə təbrik edib

media-ads_728_90

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.

“TV1”  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN)  “X” hesabında paylaşım edilib.

“Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!”, – deyə paylaşımda bildirilib.

Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib:

“Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!”

Rəsmi Bakı Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.

“Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!” , – deyə paylaşımda qeyd olunub.

Həmçinin Honduras da Milli Günü münasibəti ilə təbrik olunub:

“Hondurasın Milli Günü münasibətilə Honduras xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”

Rəsmi Bakının təbrikində həmçinin Nikaraqua da var.

“Nikaraqua Respublikasının Milli Günü münasibətilə Nikaraqua xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!”, – deyə təbrikdə bildirilib.

media-ads_728_90
Paylaş