Azərbaycan XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycan Xarici İşlər Nazirliyi növbəti mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşının ağır yaralanması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
“TV1” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Baş vermiş növbəti mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci ildə başa çatan Vətən müharibəsindən indiyədək 433 nəfər Ermənistanın mina çirklənməsinin qurbanına çevrilib. Bu faciə minaların insanların həyatına vurduğu ağır zərəri və günahsız insanların hər gün üzləşdiyi təhlükəni bir daha xatırladır. Minalardan təmizləmə səylərinə beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunması üçün vacibdir”, – deyə paylaşımda qeyd olunub.








