media-1200x100

Azərbaycan XİN Pakistana başsağlığı verdi

media-ads_728_90

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktında həlak olanlarla bağlı baş sağlığı verib.

“TV1” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşılıb.

“Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, – deyə paylaşımda deyilir.

media-ads_728_90
Paylaş