Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək 

media-ads_728_90

Azərbaycan bütün Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir.

“TV1” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə deyib.

Ceyhun Bayramov bu təşəbbüsü səyahətlərin asanlaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, turizmin təşviqi və iki ölkə xalqları arasında münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

Rəsmi Tokio Azərbaycanın turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb. Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

media-ads_728_90
Paylaş