Azərbaycanın parataekvondo millisi Avropa çempionatında iştirak edəcək

media-ads_728_90

Azərbaycanın parataekvondo millisi Almaniyanın Münhen şəhərində təşkil olunacaq Avropa çempionatında iştirak edəcək.

“TV1” xəbər verir ki,  yığmamız K44 kateqoriyası üzrə altı idmançı ilə yarışa qatılacaq. Kişilərdən Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) tatamiyə çıxacaqlar. Qadınların yarışında isə Səmayə Həsənova (47 kq) Azərbaycanı təmsil edəcək.

Komandaya Avropa çempionatında baş məşqçi Fərid Tağızadə rəhbərlik edəcək.

media-ads_728_90
Paylaş