Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

media-ads_728_90

Bu ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

“Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təxminən 300 milyon dollar azalıb. Lakin buna baxmayaraq ölkənin strateji valyuta aktivləri ilin əvvəlindən bu ilin birinci rübün sonuna 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil edib”, – deyə o bildirib.

media-ads_728_90
Paylaş