media-1200x100

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza ÇAĞIRIŞ ETDİ

media-ads_728_90

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza çağırış edib.

“TV1” xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi bununla bağlı müraciət yayıb.

Müraciətdə deyilir ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq.

“Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.

media-ads_728_90
Paylaş