Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

media-ads_728_90

İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

“TV1”  xəbər verir ki, nazirlər bu gün keçiriləcək Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən əvvəl bir araya gəliblər.

Üçtərəfli toplantıdan sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə tutulur.

media-ads_728_90
Paylaş