Azərbaycanın XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür

media-ads_728_90

Hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür.

“TV1” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu halda həm ATƏT-in, həm də üzvlərinin fəal əməkdaşlığı əsas şərtlərdəndir: “Azərbaycan dövləti olaraq öz tərəfimizdən bütün bu prinsiplərə sadiqliyimizi ifadə edirik”.

C.Bayramov, həmçinin əlavə edib ki, İsveçrənin ATƏT sədrliyinin prioritetləri zəngindir.

“Enerji və rəqəmsal təhlükəsizlik bu prioritetlərdəndir. Hesab edirik ki, bütün bunlar insanların həyat rifahının yaxşılaşdırılması üçün önəmlidir və buna dəstəyimizi ifadə edirik”, – XİN başçısı vurğulayb.

media-ads_728_90
Paylaş