media-1200x100

Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb

media-ads_728_90

7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub.

“TV1” xəbər verir ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

media-ads_728_90
Paylaş