Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib

media-ads_728_90

Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib.

“TV1” xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiq edib.

Qeyd edək ki, 2026-cı il mayın 19-da Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.

media-ads_728_90
Paylaş