Bakı-Quba yolunda YANĞIN - 5 “Toyota" yanıb
Siyəzən rayonunda, Bakı-Quba yolunda yanğın olub.
“TV1” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, yolda (ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.