Bakıda avtobus avtomobilə çırpılıb - Ölən və yaralanlar var
Bakıda avtobus qəza törədib, ölən var.
“TV1” xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nöbrəli avtobusun iştirakı ilə qəza baş verib.
99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qəza ilə bağlı məlumatında bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. Məlumatda qeyd olunur ki, ictimaiyyətə əlavə məlumat veriləcək.