media-1200x100

Bakıda güclü YANĞIN

media-ads_728_90

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

“TV1” xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə Bakı şəhər Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində köməkçi tikilidə baş vermiş yanğın dərhal söndürülüb.

media-ads_728_90
Paylaş