media-1200x100

Bakıda güclü YANĞIN - ÖZƏL/VİDEO

media-ads_728_90

Bakı şəhəri, Xətai rayonunun Mirzə Davud küçəsində ev yanır.

“TV1” xəbər verir ki, ərazidə yerləşən həyət evində yanğın başlayıb.

Yanğının söndürülməsi üçün hadisə yerində FHN-nin yanğınsöndürmə briqadaları işləyir.

Eyni zamanda, yanğının baş verdiyi əraziyə Təcili-Tibbi-Yardım briqadası və polis əməkdaşları cəlb olunub.

İlkin məlumatlara görə, yanğın yaşayış evindəki qaz sobasındakı nasazlıqdan baş verib.

Xəsarət alanların olmadığı deyilir.

“TV1”in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, FHN əməkdaşlarının dərhal reaksiyasına görə, yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Yanğın artıq tamamilə söndürülüb.

 

media-ads_728_90
Paylaş