Bakıda Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNİB/VİDEO
Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
12:01 ——————————————————————————————————————————————-
Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunur ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.