Bakıda oğlunu və həyat yoldaşını liftdə bıçaqlayan şəxs TUTULDU
Bakıda oğlunu və həyat yoldaşını liftdə bıçaqlayan şəxs saxlanılıb.
“TV1” xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 21-də saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 38 yaşlı qadına və azyaşlı oğluna kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü R.Əfəndiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.