media-1200x100

Bakıda Sabunçu tunelində batan iki şəxsin meyiti çıxarılıb, araşdırma aparılır - FOTO

media-ads_728_90

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batan iki şəxsin meyiti çıxarılıb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, tuneldə batmış ikinci şəxs – 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında isə qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədinin aşkarlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

FHN-nin Mətbuat xidmətindən verilən açıqlamada isə bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

media-tunel-subasma

media-ads_728_90
Paylaş