Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir

media-ads_728_90

Sentyabrın 17-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı başlayıb.

“TV1” xəbər verir ki, tədbir Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilir.

Ramil Usubov Prezident İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırır.

media-ads_728_90
Paylaş