Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir
Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir.
“TV1” xəbər verir ki, panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunur.
108 il öncə Bakının Osmanlı ordusu tərəfindən erməni -bolşevik qüvvələrindən azad edilməsi gününə təsadüf edən bu tədbir Türkiyə Azərbaycanın qardaşlığının bariz göstəricisidir.








