media-1200x100

Bakıda ağır QƏZA - Üç nəfər öldü

media-ads_728_90

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Saipa”da olan sərnişinlər – 1989-cu il təvəllüdlü Polad Salmanov, 1986-cı il təvəllüdlü Rövşən Hüseynov, “Toyota Prius”un sərnişini, 1998-ci il təvəllüdlü Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü, 2003-cü il təvəllüdlü Nazim Musayev hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

media-ads_728_90
Paylaş