Bakı-Qroznı təyyarəsi Aktauda qəzaya uğrayıb - YENİLƏNİB/VİDEO
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
“TV1” xəbər verir ki, AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsi ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
11:20 ——————————————————————————————————————————————–
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
“TV1” xəbər verir ki, AZAL-dan verilən məlumata görə, təcili qəza eniş zərurətinə səbəb olan hallar araşdırılacaq.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Məlumatı fövqəladə hallar üzrə dispetçer xidməti təsdiqləyib.
Təyyarənin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında düşdüyü bildirilir.