Beyləqanda 13 yaşlı qız səhvən sirkə içdi - Bakıya təxliyə olundu
Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.
“TV1” xəbər verir ki, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.
Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub. /qafqazinfo/