Biləsuvarda ağır yol QƏZASI – 3 ölü, 8 yaralı
Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib.
“TV1” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi “Opel” markalı avtomobillə E.Kərimlinin idarə etdiyi “VAZ” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.