media-1200x100-50faiz

Biləsuvarda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib

media-ads_728_90

Biləsuvarın Çaylı kəndində evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə zamanı 1974-cü il təvəllüdlü Saleh Ağayev, arvadı 1983-cü il təvəllüdlü Səidə, anası 1950-ci il təvəllüdlü Firəngiz Əliyeva, bacısı 1972-ci il təvəllüdlü Sevda, gəlinləri 1983-cü il təvəllüdlü Zümrüd Ağayeva, onun qızı 2013-cü il təvəllüdlü Gülay, oğlu 2019-cu il təvəllüdlü Əli dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib, tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

media-ads_728_90
Paylaş