media-1200x100

Bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNİB

media-ads_728_90

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

“TV1” xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.

Məlumata görə, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları – 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sumqayıt Tibb Mərkəzinə hospitalizasiya edilib. Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.

media-ads_728_90
Paylaş