media-1200x100

Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək - FOTO

media-ads_728_90

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.

Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən 3 hərbçinin qalıqları fevralın 7-də dəfn olunacaq.

Dəfn mərasimləri müvafiq olaraq Yevlax şəhəri Şəhidlər xiyabanı, Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığı, Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında olacaq.

media-ads_728_90
Paylaş