Bu kredit ittifaqları ilə bağlı məcburi göstəriş verildi - RƏSMİ

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankı (AMB) “Stimul” Kredit İttifaqı MMC, “Finans Kredit İttifaqı” MMC və “Total Finans Kredit İttifaqı” MMC-yə icrası məcburi sərəncam verib.

“TV1” xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, “Stimul” Kredit İttifaqı MMC , “Finans Kredit İttifaqı” MMC və “Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

media-ads_728_90
Paylaş