Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik irsinə aid arxiv sənədləri ilə tanış olub

media-ads_728_90

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.

Nazirə nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqaz regionuna dair hazırlanmış hesabatlar da yer alıb.

media-ads_728_90
Paylaş