Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

media-ads_728_90

Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən 2-ci dünya çempionatında final oyununa çıxıb.

“TV1” xəbər verir ki, yığma həlledici görüşdə Çili seçməsi ilə qarşılaşıb.

Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da çövkən üzrə Azərbaycan yığması dünya çempionu olub.

Üçüncü yeri isə Nigeri 3:2 hesabı ilə üstələyən Uruqvay komandası tutub.

media-ads_728_90
Paylaş