media-1200x100-50faiz

Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

media-ads_728_90

“Çeşməbasar” yarımstansiyasından qidalanan 35/10 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

“TV1”  xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 7- də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

media-ads_728_90
Paylaş