media-1200x100

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

media-ads_728_90

Ötən il dövlət büdcəsinin gəlirləri 37164,2 milyon manat, xərcləri 37719,7 milyon manat olub, 555,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.

“TV1” xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri isə 36388,0 milyon manat proqnoza qarşı 37164,2 milyon manat təşkil edib.

Bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24383,2 milyon manat təşkil edib.

media-ads_728_90
Paylaş