media-1200x100

Dünya Bankı 2024-cü il üzrə illik qlobal hesabatını Bakıda təqdim edir - FOTO

media-ads_728_90

Dünya Bankı özünün illik qlobal hesabatı olan 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatının” (World Development Report – WDR) Bakıda təqdimatını təşkil edib.

“TV1” xəbər verir ki, builki hesabat “Orta Gəlir Tələsi” adlanır və inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən qaçmaq və yüksək gəlir statusuna çatmaq üçün qarşılaşdıqları çağırışlar və imkanlar haqqında dərin təhlil təqdim edir.
Tədbirdə Avropa və Mərkəzi Asiya regionuna diqqət yetirməklə WDR-in əsas mesajları təqdim olunacaq. Azərbaycan yüksək gəlir statusuna çatmaq istəyən yuxarı orta gəlirli ölkə olduğundan, müzakirə ölkə üçün xüsusilə əhəmiyyətlidir.

Təqdimat tədbirində yüksək səviyyəli plenar və panel müzakirələrində Azərbaycan hökumətinin nümayəndələri və Dünya Bankı rəsmiləri iştirak edir.

Dünya Bankının yüksək səviyyəli iştirakçıları arasında Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçı cənab Ivailo Izvorski, İqtisadi inkişaf departamentinin regional direktoru cənab Asad Alam, Cənubi Qafqaz üzrə regional direktor xanım Rolande Pryce və iqtisadi siyasət departamentinin regional meneceri cənab Antonio Nucifora yer alıb.

media-ads_728_90
Paylaş