Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

media-ads_728_90

Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.

“TV1″ xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən Qurban Məcnunov (55 kiloqram), Orxan Həbibli (65 kiloqram), İsfahan Həsənov (80 kiloqram) və Emin Baxşəliyev (110 kiloqram) başlayacaq.

48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş